Лента новостей

Сегодня, 23:44 У берегов Сицилии обнаружен древнеримский затонувший корабль Сегодня, 23:39 Джо Байден, страдающий онкозаболеванием, появился на публике Сегодня, 23:37 Азербайджанские дзюдоисты завершили Кубок Европы на третьем месте с 7 медалями Сегодня, 16:30 Иран опубликовал видео с Моджтабой Хаменеи. Сегодня, 16:27 Турция поддерживает усилия по достижению прочного мира между Азербайджаном и Арменией Сегодня, 16:25 По Харькову нанесены авиаудары, есть погибшие и пострадавшие Сегодня, 13:11 В Китае открыли первую в мире школу для роботов Сегодня, 13:09 В Нагасаки прошла памятная церемония по случаю 81-й годовщины атомной бомбардировки Сегодня, 13:07 Ильхам Алиев поздравил Президента Сингапура с национальным праздником Сегодня, 09:09 Два литра воды и 10 тыс. шагов: какие правила ЗОЖ оказались вымыслом Сегодня, 09:03 Сенат США минимальным большинством утвердил бывшего адвоката Трампа на пост генпрокурора Сегодня, 09:01 Инфантино обвиняют в выплате крупной суммы своей любовнице Вчера, 22:33 Испания готовится к новой атаке мигрантов Вчера, 22:27 Сообщение Пресс-службы Президента Вчера, 19:17 Задержаны лица, планировавшие организовать в Баку сбыт наркотиков, доставленных из Ирана в Физули с помощью БПЛА Вчера, 19:14 Трамп и Пашинян обсудили текущее состояние реализации проекта TRIPP Вчера, 19:11 Госсекретарь США: Дональд Трамп добился мира между Арменией и Азербайджаном Вчера, 15:14 Россия и Пакистан готовят запуск первого грузового железнодорожного маршрута Вчера, 15:13 В селе Гызылгая Ходжавендского района трактор подорвался на мине Вчера, 15:06 Советник Верховного лидера Ирана: Иностранные силы должны покинуть регион Вчера, 15:04 МИД Грузии призвало Россию прекратить незаконную оккупацию территорий Вчера, 15:02 Рубинян: Это реальный мир, и этому нужно радоваться Вчера, 15:01 Хикмет Гаджиев: Президент Ильхам Алиев выиграл войну, но и мир тоже Вчера, 15:00 Ильхам Алиев и Никол Пашинян провели телефонный разговор Вчера, 08:01 ИИ впервые спроектировал жизнеспособные вирусы, поражающие бактерии Вчера, 07:59 Meta должна выплатить 567 млн долларов из-за нанесенного вреда детской психике 7-08-2026, 23:16 Завершился 31-й чемпионат Азербайджана по художественной гимнастике 7-08-2026, 23:14 Министр спорта и молодежи Ирана побывал в Бакинском дворце водного спорта 7-08-2026, 20:34 Начато расследование по факту смерти пациентки после эстетической операции в Баку 7-08-2026, 20:32 Киберполиция задержала лиц, совершавших атаки на информационные сети зарубежных стран 7-08-2026, 20:30 Bоенный союз Турции, Пакистана и Саудовской Аравии не направлен против какой-либо страны 7-08-2026, 14:47 Новые послы Азербайджана в Эстонии, Малайзии и Пакистане 7-08-2026, 14:44 Заявление МЧС в связи с сильным пожаром в историческом здании в центре Баку 7-08-2026, 13:32 Двойное убийство в Тертере 7-08-2026, 10:26 Космическое агентство Южной Кореи опубликовало снимки Луны после падения ступени ракеты SpaceX 7-08-2026, 10:24 Трамп запретил в США «родильный туризм» 7-08-2026, 09:41 В Японии ответят на план присвоить островам Южных Курил имена Зорге и Рубленко 7-08-2026, 09:38 Стрельба в школе Таиланда 7-08-2026, 09:35 Разведка США представила новый прогноз относительно возможной войны между Россией и НАТО 7-08-2026, 09:29 Президент Украины Володимир Зеленский принял Джейхуна Байрамова 5-08-2026, 23:08 бъявлен жёлтый уровень опасности 5-08-2026, 19:59 Абдул Эль-Сайед побеждает на праймериз в Мичигане 5-08-2026, 19:58 Путин назначил командующего беспилотными войсками 5-08-2026, 19:57 Ракета SpaceX врезалась в Луну, устроив взрыв мощностью 3 килотонны 5-08-2026, 17:13 В Баку ожидается дождь 5-08-2026, 17:11 В Ходжавендский район прибыли очередные группы переселенцев 5-08-2026, 17:09 Хикмет Гаджиев: Азербайджан никогда не позволит использовать свою территорию против соседней страны 5-08-2026, 17:07 Аббас Арагчи совершит визит в Пакистан 5-08-2026, 17:06 Бывшему послу Украины в США предъявлено новое обвинение 5-08-2026, 11:23 США в ходе конфликта с Ираном израсходовали 80% запасов ракет THAAD 5-08-2026, 11:18 B результате атаки беспилотников вспыхнул масштабный пожар в логистическом центре Wildberries 5-08-2026, 11:15 5 августа - День Военно-морских сил 5-08-2026, 11:06 ФСБ задержала пытавшегося поджечь военкомат в Калужской области

İşğaldan azad edilən ərazilərdə bərpa işləri necə aparılacaq - ekspertlərdən təkliflər

01 окт 15:19Мнение
Bu gün şiddətli döyüşlər getsə də, sabahı fikirləşmək lazımdır: “İşğaldan azad edilən ərazilərin bərpası ilə bağlı plan var. Əslində bu plan Azərbaycan tərəfindən çoxdan hazırlanıb. İlk olaraq qaçqın və məcburi köçkünlərin köçürülməsi ilə bağlı tədbirlər görülməlidir. Ümid edirəm, üzümüzə gələn həftələrdə işğal olunmuş torpaqlarımız geri qaytarılacaq. Hazırda yaşayış məntəqələrimiz - Füzuli, Cəbrayıl, Ağdam və digər rayonlarda infrastruktur dağıdılıb. Hətta şiddətli döyüşlər də göstərir ki, bu infrastrukturu bərpa etmək lazımdır. İlk növbədə qaçqın və məcburi köçkünlərimizi qaytarmaq üçün infrastruktur yaradılmalıdır. Cocuq Mərcanlı təcrübəsi göstərir ki, ilk olaraq evlər salınmalı, sosial infrastruktur yaradılmalıdır. Əlbəttə, düşünürəm ki, bu prosesdə ilk əvvəl Azərbaycanla yanaşı, bizə dost olan ölkələr, xüsusilə də Türkiyə yardım göstərə bilər.

Çünki Türkiyənin bu sahədə - Suriyanın kürdlərdən azad olunmuş ərazilərinin bərpasında təcrübəsi var. Beynəlxalq təsisatlar da burada yardım göstərə bilər. Azərbaycan uzun illərdir müxtəlif beynəlxalq təsisatlarla işlər qurub, xüsusilə Avropa Yenidən Qurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur Bankı kimi təşkilatlarla sıx əməkdaşlıq ola bilər. Onlarla birgə xüsusi layihələr hazırlana bilər, uzunmüddətli kreditlər götürmək olar. Digər tərəfdən, Azərbaycan İslam Həmrəylik Təşkilatının da fəal üzvüdür. İslam Həmrəylik Təşkilatı daxilində xüsusi qurumlar var, hansı ki, bu işlərlə bilavasitə məşğul olurlar. Bu qurumlarla da sıx əməkdaşlıq etmək olar. Yeri gəlmişkən, İslam Həmrəylik Təşkilatının Azərbaycanın xeyrinə bir neçə mühüm qətnamələri var. Bu qətnamələrin olması bizə imkan yaradır ki, həmin təşkilatın potensialından burada yararlanaq. Bizə yardımçı olan təşkilatlar və ölkələr də var. Təki torpaqlarımız azad olunsun, biz bu bərpa işlərinə tezliklə başlayaq”.

“Kəlbəcərdə müalicəvi turizm, Ağdamda aqrar sektor, Cəbrayıl, Füzuli, Zəngilanda bağçılıq və heyvandarlıq təsərrüfatları yaratmaq olar”

Digər ekspert isə qeyd edib ki, işğal olunmuş ərazilərdə ilk növbədə infrastruktur layihələri həyata keçiriləcək: “Birinci növbədə, əlbəttə, yolların çəkilməsi, ora köçən əhali üçün məktəblərin, bağçaların, xəstəxanaların və digər obyektlərin açılması lazım olacaq. Daha sonra orada mağazalar, restoranlar salınacaq. Amma bundan sonrakı mərhələdə hər bir rayon və ya region üzrə strateji inkişaf planı hazırlanacaq. Həmin plana əsasən, rayon hansı istiqamətdə daha çox inkişaf edəcəksə, o məsələyə baxılacaq. Məsələn, ola bilər ki, rayon turizm üçün daha uyğundur, bu zaman orada kurort yerləri yaratmaq olar. Məsələn, Xorvatiyanın təcrübəsinə baxsaq, bu ölkə 1992-ci ildə müharibədən sonrakı dövrdə öz strateji planını hazırladı, burada daha çox müalicəvi suların tanıdılması, turizmin inkişafı məsələlərinə baxıldı. Əgər Kəlbəcəri işğaldan azad etsək, orada da müalicəvi, termal sular var, bu təcrübədən yararlanmaq olar. Ağdamda kənd təsərrüfatını inkişaf etdirmək olar. Məsələn, Cəbrayıl, Füzuli, Zəngilan istiqaməti daha çox dağlıq zonadır, orada bağçılıq, heyvandarlıq təsərrüfatı istiqamətində layihələr həyata keçirmək mümkündür. Ümumiyyətlə, həmin zona Azərbaycanın ”qaymaq" zonalarından biridir. Necə ki, Şəki-Zaqatala, Quba-Qusar zonası həm kənd təsərrüfatı üçün, həm də turizm üçün yararlıdır. Əlavə olaraq, Kəlbəcərdə termal suların, bulaqların, qızıl yatağının mövcud olması onu göstərir ki, bu rayon üçün tamamilə başqa plan mövcud olacaq. Ağdam və Füzuli üçün isə nisbətən başqa. Önəmli olan məsələlər bunlardı, əlbəttə, həmin zonaları inkişaf etdirərkən xarici investorları da cəlb edəcəyik. Türkiyə investorları böyük məmnuniyyətlə orada yatırımlar edərlər. Xüsusilə xidmət sahələri - hotelçilik, restoran biznesi və digər bu kimi sahələr, eləcə də kənd təsərrüfatı üzrə bir sıra layihələr həyata keçirilə bilər. Onu da nəzərə almalıyıq ki, Ağdam, Füzuli, Cəbrayılda həm tütünçülük, həm taxılçılıq, həm də heyvandarlıq istiqaməti üzrə inkişaf layihələri həyata keçirmək mümkündür. Ümumiyyətlə, düşünürəm ki, biz ora ayrıca bir zona kimi baxmamalıyıq. Yəni həmin zonanın iqtisadi inkişafının özü Azərbaycanın da iqtisadi inkişafına təkan verəcək. Məsələn, orada olan iqtisadi infrastruktur layihələrinin həyata keçirilməsi zamanı iş yerləri açılacaq, tikintilər həyata keçiriləcək. Tikinti materiallarının satışı genişlənəcək. Yəni ora sərf olunan pulların multiplikasiya effekti Azərbaycanın digər rayonlarına və Bakıya, o cümlədən büdcə daxilolmalarına da müsbət töhfəsini verəcək".
Ekapert bu sahədə dünya təcrübəsinə də toxunub: “Hər bir ölkənin, regionun özünəməxsus spesifik xüsusiyyətləri var. Hər ərazinin də özünəməxsus iqlim xüsusiyyətləri, relyefi, iqtisadi inkişaf meylləri var. Kəlbəcərdə həm termal su yataqları, həm də müalicəvi turizmin inkişafı üçün çox böyük layihələr həyata keçirilə bilər. Məsələn, biz Kəlbəcəri ikinci Naftalana, hətta ondan daha məşhur bir kurort zonasına çevirə bilərik. Necə ki, Xorvatiyada, Çexiyada belə zonalar var. Məsələn, mən daha çox cənubi Asiya ölkələrini araşdrmışam. Yaponiya, Koreya, Çin uzun müddət müharibə və çətinliklərdən keçən dövlətlər olublar. Dünya ölkələrinin təcrübəsinə nəzər salsaq görərik ki, müharibədən sonra bərpa daha sürətlə gedir, nəinki müharibə olmayan şəhərlərdə”. Ekspert bildirdi ki, təki torpaqlarımız alınsın, bu sahədə ölkəmizin strateji layihələri hazırlanacaq.






6682 просмотров