Лента новостей

Вчера, 23:08 бъявлен жёлтый уровень опасности Вчера, 19:59 Абдул Эль-Сайед побеждает на праймериз в Мичигане Вчера, 19:58 Путин назначил командующего беспилотными войсками Вчера, 19:57 Ракета SpaceX врезалась в Луну, устроив взрыв мощностью 3 килотонны Вчера, 17:13 В Баку ожидается дождь Вчера, 17:11 В Ходжавендский район прибыли очередные группы переселенцев Вчера, 17:09 Хикмет Гаджиев: Азербайджан никогда не позволит использовать свою территорию против соседней страны Вчера, 17:07 Аббас Арагчи совершит визит в Пакистан Вчера, 17:06 Бывшему послу Украины в США предъявлено новое обвинение Вчера, 11:23 США в ходе конфликта с Ираном израсходовали 80% запасов ракет THAAD Вчера, 11:18 B результате атаки беспилотников вспыхнул масштабный пожар в логистическом центре Wildberries Вчера, 11:15 5 августа - День Военно-морских сил Вчера, 11:06 ФСБ задержала пытавшегося поджечь военкомат в Калужской области Вчера, 00:14 Пограничники Франции и Британии спасли с горящей в Ла-Манше лодки более 170 нелегальных мигрантов 4-08-2026, 23:48 Представители медиа Турции посетили Ханкенди 4-08-2026, 23:46 B плен к ВСУ попали иностранцы-представители 51 страны 4-08-2026, 21:12 В Мингячевире подросток утонул в канале 4-08-2026, 21:09 Oбнаружены тела двух женщин 4-08-2026, 15:36 В 2027 году планируется завершение дорожных проектов до азербайджано-армянской границы 4-08-2026, 15:35 Температура воздуха местами повысится до 39 градусов 4-08-2026, 13:43 Появились сообщения о возможном переселении нелегальных мигрантов из ЕС в Армению 4-08-2026, 13:41 Назначены новые главы Исполнительной власти городах Нахчыван, Джульфа, Ордубад 4-08-2026, 13:32 Приостанавливается движение поездов между станциями метро Низами и 28 Мая 4-08-2026, 10:40 Джеки Чан находится в Баку для съемок фильма «Доспехи Бога 4» 4-08-2026, 10:37 В Баку легковой автомобиль упал в нефтяную скважину 4-08-2026, 10:33 Найдено тело молодого человека, утонувшего вместе с братом 4-08-2026, 10:29 Хикмет Гаджиев принял делегацию TADİV 4-08-2026, 10:28 Задержан подозреваемый в связи с пожарами в Агдамском районе 4-08-2026, 00:04 Иран отказался атаковать Украину после ее извинений за удар по судну 3-08-2026, 23:36 Украинский беспилотник ударил по пляжу под Геленджиком. Погибли семь человек, в том числе трое детей 3-08-2026, 22:48 В Азербайджане произошло землетрясение 3-08-2026, 22:47 Министр обороны Азербайджана встретился с военными атташе 3-08-2026, 22:46 В Стамбуле произошёл оползень, под завалами остались люди 3-08-2026, 22:44 Зеленский уволил посла Украины в США 3-08-2026, 22:42 Швеция вызвала временного поверенного РФ 3-08-2026, 22:40 В Unibank назначен новый председатель Правления 3-08-2026, 22:39 В Министерстве обороны состоялась встреча с военными атташе 3-08-2026, 22:37 В июле среднемесячная температура в Баку была выше климатической нормы 3-08-2026, 16:46 Пересечение азербайджано-грузинской железнодорожной границы станет вдвое быстрее 3-08-2026, 16:43 SOCAR приобрела долю ITOCHU в проекте «Азери – Чираг – Гюнешли» 3-08-2026, 16:40 Экспорт Турции превысил 401 млрд долларов 3-08-2026, 16:34 Муж убил жену и себч 3-08-2026, 10:46 В Зангилане открылся VII Летний лагерь диаспорской молодежи 3-08-2026, 10:07 Болгария, Великобритания и Украина не будут участвовать в войне против Ирана 3-08-2026, 10:03 Украинские беспилотники сегодня атаковали логистический центр Wildberries 3-08-2026, 09:58 МИД Таиланда признал удар по имиджу страны из-за убийства россиян в Паттайе 3-08-2026, 09:56 Сегодня США и Иран проведут переговоры 3-08-2026, 09:54 За минувшую неделю зарегистрирован 861 выезд на пожары, спасены 59 человек 3-08-2026, 09:52 Начался выбор специальностей в колледжи 2-08-2026, 18:50 90 мигрантов, погибших при попытке попасть из Марокко в Испанию 2-08-2026, 18:48 Пожар на пароме 2-08-2026, 18:47 Завершено строительство канатной дороги между Россией и Китаеи 2-08-2026, 18:44 Никол Пашинян утвержден на новый срок на посту премьер-министра

Общество азербайджанских инвалидов просит помощи у Мехрибан Алиевой

18 окт 21:56Наша приёмная
Общество азербайджанских инвалидов просит помощи у Мехрибан АлиевойAzərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili çox hörmətli Mehriban Xanım Əliyevaya

Azərbaycan Əlillər Cəmiyyəti (AƏC)Yasamal rayon Əlillər Təşkilatının Idarə heyətinin üzvləri tərəfindən

M Ü R AC İƏT
Birinci vitse-prezident, Çox Hörmətli Mehriban xanım!
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tədbirlərin birində belə demişdir:- “Biz bir amal ətrafında birləşmişik ki, ölkəmizi daha da inkişaf etdirək, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycanın gücü artsın, dünyadakı mövqeləri möhkəmlənsin, sosial məsələlər həll olunsun, iqtisadiyyat inkişaf etsin və biz müstəqil ölkə kimi əbədi yaşayaq”. Bu sözlər bütün ölkə vətəndaşları kimi, əlilliyi olan vətəndaşların da daim hərtərəfli qayğı ilə əhatə olunaraq layiqli həyat səviyyəsinə malik olmalarının təmin edilməsini bir vəzifə kimi müəyyən edir. Cənab Prezident onu da bildirmişdi ki, Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanda əlil olmuş insanlara, Qarabağ müharibəsində öz sağlamlığını itirmiş insanlara daim böyük diqqət və qayğı göstərirdi. Bu missiyanın davamçısı olaraq Cənab Prezident və Siz, Sizin ailə üzvləriniz Azərbaycanda əhalinin, o cümlədən əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görürsünüz.
Hörmətli Mehriban xanım, Siz milli ictimai fikirdə özünəməxsus yeri olan, Azərbaycan xalqının tarixi-mənəvi varlığını qoruyub yaşadan əvəzolunmaz ictimai xadim, təəssübkeş vətəndaş, kübar insan, yüksək intellektə, zəngin dünyagörüşünə malik ziyalı, fəlsəfi-əxlaqi və mənəvi meyarlara orijinal və dərin yanaşma tərzi ilə seçilən bir şəxsiyyətsiniz. Sizin gördüyünüz işlər hər bir azərbaycanlıya nümunədir.

Biz Azərbaycan Əlillər Cəmiyyəti Yasamal rayon Əlillər Təşkilatının üzvləri bildirmək istəyirik ki, təşkilatımız 1989-cu ilin aprel ayından fəaliyyət göstərir. 22 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsində 773 nömrə ilə qeydiyyata alınmışdır. Bu günə kimi minlərlə əlilliyi olan insana sosial qayğı göstərmiş, təhsil, səhiyyə, reablitasiya və s. sahələrində xidmətlər göstərmişdir. Əlilliyi olan uşaqlarımız Sizin dəstəyinizlə bir neçə dəfə Heydər Əliyev Fondunun “Buta Palace”da “Yeni il” bayramı münasibəti ilə keçirtdiyi şənliklərində iştirak etmişdir. 2001-ci və 2009-cu illərdə təşkilatın İdarə heyətinin sədri dəyişmiş, məlumatsızlıqdan yeni sədrin və İdarə heyətinin yeni tərkibi haqqında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsinə məlumat verilməmişdir. 2009-cu ildə İdarə heyyətinin yeni tərkibi və İdarə heyəti seçilmiş 2010-cu ildə bu barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsinə məlumat verilsə də süründürməçiliklə üzlıəşdiyimizdən köhnə qayda ilə fəaliyyətimizi davam etdirmişik. Ancaq bu cür işləmək Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasinin Qanununa zidd olduğundan biz 2016-cı ilin avqust ayından 2017-ci ilin iyun ayına kimi 8 dəfə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsinə müraciət etmişik. Lakin müxtəlif bəhanələrlə təşkilatımızın yenidən qeydiyyata alınmasına əngəllər yaradıldığından yeganə ümid yeri Sizi bilərək müraciət etməyə məcbur olmuşuq.

Sizə əlil və kimsəsizləri himayə etdiyiniz, xüsusi qayğıya ehtiyacı olan şəxslərə, uşaqlara dayaq olduğunuz, bu insanların sosial vəziyyətinin yaxşılaşması üçün əlinizdən gələni etdiyiniz üçün təşkilatımızın üzvləri adından öz dərin təşəkkürümüzü bildiririk.

Sizin 29 illik fəaliyyəti olan AƏC Yasamal rayon Əlillər Təşkilatının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsində yenidən qeydiyyata alınması üçün köməklik edəcəyinizə inanırıq. Əminik ki, öz nəcib qəlbinizlə hər zaman olduğu kimi əlilliyi olan şəxsləri sevindirəcəksiniz, sizin köməyinizlə haqq öz yerini tutacaq və fəaliyyətimiz əlilliyi olan şəxslərin, xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin həyat səviyyəsinin yaxşılaşmasında xüsusi yer tutacaqdır.
Təşkilatımızda qeydiyyatda olan əlillərin adından sizə sonsuz hörmət və məhəbbətimizi bildiririk. Allah sizi qorusun!
Hörmət və ehtiramla;

1. Musayeva Təranə Şövkət qızı
2. Əliyeva Nəzakət Paşa qızı
3. Lütfəliyev Elçin Yaşar oğlu
4. Məmmədov Rafiq Ənvər oğlu
5. Abbasova Tahirə Əli qızı
6. Hacıyev Məhyəddin Abdulla oğlu
7. Bağırova Bəyanə Səməd qızı

Общество азербайджанских инвалидов просит помощи у Мехрибан Алиевой
Общество азербайджанских инвалидов просит помощи у Мехрибан Алиевой