Лента новостей

4-03-2021, 19:36 Президент Ильхам Алиев выступил на саммите ОЭС в видеоформате 4-03-2021, 19:32 Решение об объединении с ПЕА приняли еще три партии 4-03-2021, 16:17 На строительство нового здания Госкомтаможни потратят 30 млн манатов 4-03-2021, 12:24 Сегодня состоится очередное заседание Комиссии по вопросам помилования 4-03-2021, 12:21 Партия «Юрддаш» обратилась к ПЕА для объединения 4-03-2021, 12:19 Раскрыты правила посещения Ирана в период борьбы с коронавирусом 4-03-2021, 04:46 Ветерану войны вернули зрение 3-03-2021, 22:22 Задержаны граждане, пытавшиеся проехать на освобожденные от оккупации территории 3-03-2021, 21:41 Глава группы компаний Palmali Мубариз Мансимов может быть отпущен под судебный надзор 3-03-2021, 20:43 Лидера армянской оппозиции обвиняют в призывах к свержению конституционного строя 3-03-2021, 20:41 Ильхам Алиев: Поддержка Пакистана – пример истинного братства и дружбы 3-03-2021, 18:42 ИВ Баку ответила на обращение женщин в связи с проведением шествия 8 марта 3-03-2021, 18:38 Таможенники за два месяца перечислили в бюджет дополнительно 77 миллионов манатов 3-03-2021, 18:32 Самир Нуриев собрал Координационный штаб 3-03-2021, 18:27 Ильхам Алиев принял военную делегацию из Пакистана 3-03-2021, 16:31 Залкалиани: Последние события в регионе требуют тесного сотрудничества 3-03-2021, 16:27 Чавушоглу: Мы проведем в самое ближайшее время трехстороннюю встречу глав МИД Азербайджана, Грузии и Турции 3-03-2021, 16:25 ДНР разрешила открывать упреждающий огонь по позициям Украины 3-03-2021, 16:21 В Агдаме подорвался на мине начальник управления орошения 3-03-2021, 16:19 Пашинян приказал арестовать главу Генштаба 3-03-2021, 16:13 Освобождённое от оккупации село Бешдяли Зангиланского района 3-03-2021, 16:08 Россия снимает ограничение на импорт яблок и помидоров из Азербайджана 3-03-2021, 16:05 МИД Азербайджана о сбалансированной позиции Италии и предвзятой резолюции парламента Нидерландов 1-03-2021, 20:15 Баку и Минск обсудили перспективы развития военного сотрудничества 1-03-2021, 20:13 Саркози получил реальный срок по делу о коррупции 1-03-2021, 18:32 Тяжелораненым ветеранам Отечественной войны помогут турецкие и израильские врачи 1-03-2021, 18:25 МВД обратилось к водителям, автомобили которых не прошли техосмотр 1-03-2021, 18:17 Состоялось открытие созданного впервые в мире в Баку корабля-музея «Сураханы» 1-03-2021, 18:12 Президент принял участие в церемониях спуска на воду корабля «Академик Зарифа Алиева» и сдачи в эксплуатацию первого судна-парома типа «Ro-Pax» 1-03-2021, 18:10 "Азеришыг" о возникновении проблемы с платежами по смарт-картам 28-02-2021, 20:14 "Азеришыг" о возникновении проблемы с платежами по смарт-картам 28-02-2021, 15:50 В Турции скончалась дочь известного азербайджанского хирурга 28-02-2021, 13:26 Кажется этому нет и не будет конца: еще один азербайджанский военнослужащий подорвался на мине 28-02-2021, 13:00 В Госдуме предложили запретить вылов животных для дельфинариев 28-02-2021, 12:57 Индонезийская молодежь будет прилагать усилия для признания Ходжалинского геноцида 28-02-2021, 12:54 Азербайджан начал строительство международного аэропорта в Физули 28-02-2021, 12:51 Четвертое заседание рабочей группы по Карабаху пройдет в видеоформате 1 марта 28-02-2021, 12:49 Прошло 33 года со дня сумгайытских событий, организованных КГБ совместно с армянами 27-02-2021, 21:00 МИД Азербайджана: Армения нарушает соглашение от 10 ноября 27-02-2021, 15:49 В связи с надвигающейся третьей волной коронавируса, в Европе готовятся к принятию беспрецедентных мер 27-02-2021, 15:24 В Чехии рекомендовали надевать капроновый чулок поверх трех масок 27-02-2021, 14:46 В Чехии в связи с психическим здоровьем людей ограничили передвижение жителей 27-02-2021, 14:42 Стоимость азербайджанской нефти превышает $65 за баррель 27-02-2021, 14:40 В Азербайджане созданы рабочие подгруппы по разработке Стратегии развития на 2021-2025 гг. 27-02-2021, 11:07 Ильхам Алиев: Даны указания для формирования новых воинских подразделений, новых инженерно-саперных батальонов Минобороны 27-02-2021, 11:04 Газета «Israel Hayom»: «Азербайджанцы никогда не забудут кровавую резню в Ходжалы, устроенную армянами» 27-02-2021, 11:01 Генпрокурор: Мы добьемся привлечения к ответственности человека, объявившего себя главой сепаратистской «НКР» 26-02-2021, 20:39 Навального этапировали в колонию 26-02-2021, 18:56 Американский журналист: Армения тайно завозит военных в Карабах 26-02-2021, 15:42 Президент Азербайджана: Те, кто поднимает вопрос о статусе, служат в большей степени созданию противостояния, а не миру 26-02-2021, 15:33 Под звуки "Золотого Иерусалима" оппозиция в Ереване движется к Президенту 26-02-2021, 13:36 Ильхам Алиев: Азербайджан в ходе боев в Карабахе не зафиксировал применение Арменией комплексов «Искандер» 26-02-2021, 13:33 Стало известно о состоянии здоровья Азада Рагимова

“Azərbaycanda rusmeylli qüvvələr var, onlar hakimiyyət daxilində…”

25 сен 09:43Интервью
Sentyabrın 20-dən başlayaraq Ermənistan silahlıları Qarabağ cəbhəsində və Azərbaycanın dövlət sərhəddinin Tovuz-Qazax rayonu istiqamətində hərbi cinayətlərini yenidən intesivləşdirib. Milli Məclisin deputatı Vahid Əhmədov Reyting.az-a müsahibəsində deyib ki, faktiki olaraq Azərbaycanı müharibəyə təhrik edirlər:

- Ermənilər təxribat törətməkdə mahirdirlər. Tovuz hadisələri zamanı gördük ki, onlar yeni təxribat həyata keçirmək niyyətindədirlər və Azərbaycanı da fakt qarşısında qoymaq istəyirlər. Faktiki olaraq Azərbaycanı müharibəyə təhrik edirlər. Bu, açıq görünür. Amma gördüyüm həm də budur ki, Azərbaycanın dövlət başçısı tərəfindən aparılan ümumi siyasətin məqsədi ölkənin ərazi bütövlüyünün təminatına yönəlib. Yəni Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin edilməlidir. Bunun müharibə və ya sülh danışıqlarından keçəcəyini zaman göstərəcək. Amma onu deyə bilərəm ki, sülh danışıqları heç bir effekt vermir. Odur ki, Azərbaycanda müəyyən hazırlıqlar, səfərbərliklər başlayıb, hərbi təlimlər keçirilir. Bu onu göstərir ki, Azərbaycan iradəsini ortaya qoyub və işğal altındakı ərazilərimiz güc yolu ilə azad ediləcək. Bunun nə zaman baş verəcəyi yaxın tarixdə bilinəcək.

- Necə düşünürsünüz, erməni tərəfinin əsas məqsədi nə ola bilər?

- Birincisi, onların məqsədi fikir yönəltməkdir. Digər tərəfdən, ermənilərin öz sahibi var. Sahibin də göstərişlərini yerinə yetirmək lazımdır və bunu da edirlər. Sahibləri Azərbaycan və Türkiyənin qardaş dövlətlər olmasından, birgə təlimlər keçirməsindən, ümumən Qafqazın əldən çıxa biləcəyindən narahat olub. Əlbəttə, bunlar ciddi məsələlərdir. Türk ordusu eyni zamanda NATO ordusudur. Sözsüz ki, bu da Rusiya üçün siqnaldır. Rusiyanın başı daha çox Belarusa qarışıb, orada problem böyükdür və həllini tapan deyil. Çünki kifayət sayda dünya dövlətləri bu məsələyə öz mövqelərini bildiriblər. Onu da qeyd edim ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə işğaldan azad edə bilər. Ona görə də, çalışırlar ki, aranı qarışdırsınlar, təxribatlar törətsinlər.

- Ermənilərin imkan və resursları yetərlidir ki, Tovuz və Qazax istiqamətində ərazilər ələ keçirməklə strateji layihələrimizin qarşısını kəssinlər?

- Onların heç vaxt belə imkanı olmayıb. Əslində Dağlıq Qarabağ işğal edilən zaman da onların imkanı olmayıb və onlara bütün imkanı və şəraiti ruslar yaradıb. Bunu biz görmüşük, şahidi olmuşuq. Ermənistanın bir dövlət kimi nə silahlı qüvvələri, nə də iqtisadiyyatı yüksək səviyyədədir. Onlar heç vaxt torpaq işğal edə bilməzlər. Hazırda Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək istəyir. Cənab Prezident BMT-dəki çıxışının ikinci hissəsində bu məsələyə toxunub. Yəni Azərbaycanın 1 milyona yaxın qaçqın -köçkünü var, torpaqları işğal edilib, BMT Təhlükəsizlik Şurasının qərarları var, dünya Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından çıxmasını istəyir, tələb edir. Bəli, mən hesab edirəm ki, artıq vaxt yetişib. Sizə açığını deyim ki, hətta bir qədər gecikirik. Torpaqları azad etmək lazımdır. Əslində belə bir şans var. Çünki ordumuz kifayət qədər təcrübəyə, müasir silahlara malikdir. Üstəlik, bu məsələyə dair dövlət başçısının dəyişməz iradəsi var. Ona görə də, rusların hansı mövqedə olmasından asılı olmayaraq, torpaqlarımızı azad etməliyik.

Düzdür, Azərbaycanda rusmeylli qüvvələr var, onlar həm hakimiyyət daxilində, həm də kənardadır. Amma bunların xeyri yoxdur, Azərbaycan öz torpaqlarını azad edəcək.

- Vahid müəllim, necə düşünürsünüz, beynəlxalq vəziyyət indi müharibənin başlaması üçün münbitdirmi?

- Hesab edirəm ki, indi beynəlxalq vəziyyət həm iqtisadi, həm də siyasi baxımdan çox ağır durumdadır. Belə götürəndə o qədər də əlverişli saymaq olmaz. Çünki iqtisadi baxımdan dünyanın özündə də vəziyyət ürəkaçan deyil.

Amma mən hesab edirəm ki, bizim torpaqlarımızın işğaldan azad edilməsinin vaxtı yetişib. Vaxt bizim üçün önəmlidir və belə şərait hər zaman olmur. Digər tərəfdən, Türkiyə dövləti, onun rəhbərləri, siyasi qurumları, o cümlədən siyasi partiyaları Azərbaycanı müdafiə edirlər. Açıq elan edirlər ki, Azərbaycanla bir yerdəyik. Son təlimlər, ordunun müəyyən hissəsinin Azərbaycanda qalması bunu bir daha sübut edir. Bu tarixi şansı əldən vermək olmaz, əksinə, bundan istifadə etmək lazımdır.

- Son xəbərlər belədir ki, Suriyada olan PKK terrorçularının izlərinə Azərbaycanın işğal edilən ərazilərində rast gəlinib...

- Ümumiyyətlə, Qarabağın işğal edilən ərazilərində olanlar terrorçulardır. Yəni orada olanları ordu yox, terrorçu adlandırmaq lazımdır. Bu şəxslərin terrorçu olması heç kimdə şübhə yaratmamalıdır. Həm də Azərbaycan müharibə aparmır, öz ərazilərini terrorçulardan təmizləyir. Bura bizim ərazimizdir və buna görə də bizə heç kəs söz deyə bilməz. Sözsüz ki, bu ərazilərə Suriyadan, Livandan müəyyən terrorçuların, PPK-çıların gəlməsi adi haldır. İşğal edilən ərazilərdə onsuz da terrorçular var. İndi də digərlərini gətirirlər. Yəni orada yerli olan mülki əhalidən daha çox terrorçu dəstələri fəaliyyət göstərir.





5853 просмотров